Yardımlıda xeyli narkotik bitki yandırıldı
Yardımlıda yabanı halda bitən xeyli narkotik bitki məhv edilib.
“turaninsesi.az “-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1420 kiloqram olan 6500 ədəd xaş-xaş kolu məhv edilib.
Arzu Paşaqızı