“Təzə gül kələmi” yükündən 90 kq narkotik çıxdı
Dövlət Gömrük Komitəsinin “Astara” postunda İrandan Rusiyaya tranzit qaydada “təzə gül kələmi” daşıyan yük avtomobildə narkotik aşkarlanıb.
“turaninsesi.az ” xəbər verir ki, narkotik yükün içərisindəki paletlərdən birində yerləşən 160 bağlamada gizlədilibmiş.
Ümumi xalis çəkisi 90 kiloqram 945 qram olan qurudulmuş marixuana müəyyən edilib.
Arzu Paşaqızı