Sabirabadda keçmiş məhkum saxlama məntəqəsində intihar edib

Sabirabad Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Məntəqəsində saxlanılan şəxs intihar edib.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə 4 dəfə (3 dəfə CM-nin 177-ci və 1 dəfə CM-nin 234-cü) məhkum olunan 1984-cü il təvəllüdlü Əli Hüseynov məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə təqsirli bilinərək 2 aylıq həbs cəzası olub.

O, özünü şalvarının lifindən hazırladığı iplə boğub.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibbi ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib.

İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir