Səlim Müslümovun dövründə zavod direktorunun adına 5 şirkət açılıb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində məlum olub ki, zavod direktorunun adına 5 şirkət açılıb.

Turanın səsi” in xəbərinə görə, bu barədə şahid Şaiq Əhədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə deyib.

O bildirib ki, Cəlilabad və Lerikdə binalar tikib: “Özüm tikinti mütəxəssisiyəm. Beş şirkətə görə dövlətə 90 min manat ziyan vermişəm. Onların hamısını ödəmişəm”.

Digər Şahid Alış İsgəndərov fəhlə olduğunu, adına “MS” adlı şirkət təsis edilərək tikinti işləri aparıldığını söyləyib.

Daha sonra şahid qismində Adil Qasımov dindirilib. O, “Azərtrans” MMC-nin təsisçisi olduğunu vurğulayıb. Şahid deyib ki, gördüyü işlərə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 min 711 manatdan 1400 manat “otkat”, 10 min manatdan isə 2 min 500 manat “otkat” qaytarıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir