Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi
Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
“turaninsesi.az ” xəbər verir ki, görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib.
Hadisə yerindən tapança aşkar olunaraq götürülüb.
Araşdırmalar davam etdirilir.
Arzu Paşaqızı