Qazaxda narkokuryerlik edən şəxslər saxlanılıb
Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam respublikasından qeyri-qanuni yolla rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini Əkbər Vəliyev narkotik vasitəni müəyyən məbləğdə pul və narkotik vasitə qarşılığında Qazax rayonu ərazisində gizlədilmiş narkotik vasitəni Gəncə şəhərinə aparmağa razılaşıb. Həmin şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman əlindəki sellofan torbadan 2 kq 8 qram “marixuana”, 1 kq 182 qram “heroin” və 3 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09