Polis bir gündə paytaxt və rayonlarda böyük aşkarlama etdi
Aprelin 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 19 avtomat silahı, 1 tapança, 7 tüfəng, 6 patron darağı və 17 ədəd patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “turaninsesi.az “a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Arzu Paşaqızı