Narkokuryerin maşınından 45 kq narkotik çıxdı

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Bu barədə “turaninsesi.az“-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat daxil olub.

Tədbir zamanı qeyd edilən cinayət əməlində şübhəli bilinən 53 yaşlı Fariz Xəlilov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 45 kiloqram 210 qram marixuana aşkarlanıb. F.Xəlilov ifadəsində əldə etdiyi narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Arzu Paşaqızı