2 nəfər narkotikə görə həbs olundu
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları əməliyyatlar keçirib.
“turaninsesi.az ” xəbər verir ki, Abşeron və Qaradağ rayonlarında əvvəllər oğurluq cinayətinə görə məhkum olunan Ramil Əliyev və Nihat Abdurrahmanov saxlanılıblar.
Onlardan ümumilikdə 57 kiloqram heroin, metemfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 1981 ədəd metadon həbi aşkarlanıb.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Arzu Paşaqızı