Lənkəranda avtomobillərə qənim kəsilən şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində gecə saatlarında “BMW” markalı avtomobildən şüşəsini sındırmaq yolu ilə 300 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Bədəlzadə müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri nəticəsində onun oğurluq məqsədilə ümumilikdə 7 avtomobilə şüşəsini qırmaq yolu ilə daxil olduğu müəyyən edilib. Bundan başqa C.Bədəlzadənin rayon ərazisindəki bir mağaza və bir emalatxanadan ümumilikdə 4481 manat dəyərində mobil telefon, məişət əşyaları, təmir-tikinti alətləri və nağd pul oğurladığı müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir