Külli miqdarda dərman vasitələri aşkar edildi

Balakən Gömrüyündə külli miqdarda dərman vasitələri qaçaqamlçılığının qarşısı alınıb.

“turaninsesi.az ” xəbər verir ki, “Mazımqara” postunda Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli təsvirlər müşahidə olunub.

Gömrük nəzarətindən gizlədilən, keyfiyyəti məlum olmayan 4 karton qutuda qablaşdırılan külli miqdarda dərman vasitələri aşkar edilib.

Arzu Paşaqızı