İsmayıllıda evlərdən mobil telefonları oğurlayan keçmiş məhkum tutulub

İsmayıllı şəhəri ərazisində yerləşən 2 fərdi yaşayış evindən oğurluq edilib. Gecə saatlarında evlərə daxil olan naməlum şəxs ümumi dəyəri 3 000 manatdan artıq olan 3 ədəd mobil telefonu və elektron qol saatını oğurlayıb.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində başqasının əmlakını gizli olaraq talayan şəxsin rayonun Topçu kənd sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Əfqan Babayev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. İlkin araşdırma zamanı saxlanılan şəxsin oğurladığı mobil telefonları Bakı şəhərində ayrı-ayrı şəxslərə satdığı məlum olub. Davam etdirilən tədbirlərlə həmin telefonlar da maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Əfqan Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir