İsmayıllıda 2 nəfər narkotikə görə tutuldu
İsmayıllı rayonunda meşə ərazisində külli miqdarda narkotik vasitə aşkarlanıb.
“turaninsesi.az “-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə , şübhəli qismində 44 yaşlı Rəşad Mazanov saxlanılıb. Ondan 10 kiloqram marixuana aşkarlanıb.
Keçirilən digər əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 36 yaşlı Paşa Usubov tutulub. Onun yaşadığı ünvandan 31 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Arzu Paşaqızı