İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
Külli miqdarda narkotik vasitə qaçaqmalçılığının qarşısı alınıb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Mayın 22-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 35 kiloqram 200 qram narkotik vasitə marixuana və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Arzu Paşaqızı