DİN mətbuat xidmətindən verilən məlumatlar (12.04.2023)

0

DİN mətbuat xidmətindən verilən məlumata görə⤵️

Aprelin 11-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

X X X

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Cinayət örətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb .

X X X


Polis əməkdaşlarının aprelin 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

X X X

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 2,6 kiloqrama yaxın heroin, 5,3 kiloqramdan çox marixuana, 1,3 kiloqrama yaxın tiryək, 450 qramdan çox metamfetamin, 2970 ədəd metadon həbi olub.

Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir