DİN-in mətbuat xidmətinn məlumatı

  • Sentyabrın 19-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

  • Sentyabrın 19-da saat 9 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Teymur Gadzhıyev idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən M.Mahmudovun idarə etdiyi “Zoomlion” markalı yük avtomobilinə vurub. Nəticədə sürücü və sərnişini, həyat yoldaşı Mahirə Məmmədova hadisə yerində ölüblər.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Sentyabrın 19-da saat 22 radələrində Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini S.Məmmədov idarə etdiyi “Haval” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Sentyabrın 19-da saat 20 radələrində Biləsuvar şəhəri ərazisində Cəlilabad rayon sakini M.Quliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Əli Qasımovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sentyabrın 18-də saat 5 radələrində Şərur rayonunun Aşağı Daşarx kəndi ərazisində Ordubad rayon sakini İ.Ələkbərov idarə etdiyi “Foton” markalı avtomobillə yolu keçən kənd sakini Sahil Qəhrəmanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 19-da orada ölüb.


Şərur Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə sentyabrın 19-da 3 nəfərin Bakı şəhər sakinləri E.Abbasovu və R.Cahangirovu döymələri və E.Abbasovun 104 manatını quldurluq yolu ilə talamaları barədə müraciət daxil olub.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Elxan Əsgərov, Ruslan İsrafilov və Əfqan Şərifov müəyyən olunaraq saxlanılıblar.


Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə sentyabrın 19-da Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 550 manatı olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Rövşən Nəsirov müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbəsində evlərin birindən 800 manat dəyərində naqil və boru, fəaliyyət göstərməyən bir restorandan isə 2350 manat dəyərində qapı və pəncərələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mirməmməd Salayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

“TURANIN SƏSİ” Təsisçi və baş redaktor : Arzu Paşaqızı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir