DİN-in mətbuat xidmətinin məlumatı

Dekabrın 23-də saat 03:30 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonunun ərazisindən keçən 131-ci kilometrliyində Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı və Astara rayon sakini R.Nəsirovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilləri toqquşub. Nəticədə “Kia Sportage” markalı avtomobildəki sərnişinlər Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadə ölüb, sürücü Ş.Fərəcov isə bədən xəsarəti alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayon ərazisində yerləşən kafelərin birində qumar oyunlarında iştirak edən 4 nəfər müəyyən edilib. Bundan başqa keçirilmiş digər bir tədbirlə özünə məxsus marketdə pirotexniki məmulatlar satan şəxs də müəyyən edilib.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Həmin şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.


Dekabrın 22-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
– Axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
– Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.


❗Oğurluq

Bakı şəhər sakini olan bir qadının bank kartını itirməsi və hesabından 135 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Rüfət Yusupov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir