DİN-in mətbuat xidmətinin məlumatı
Dekabrın 21-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 119, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
❗Bakı şəhər sakini olan bir qadına hədə-qorxu gəlinməklə 600 manatının və qızıl üzüyünün alınması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini A.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
❗Oğurluq etməkdə şübhəli bilinən iki qardaş saxlanılıb
Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yerləşən avtomobil təmiri sexlərinin birindən 10.500 manat dəyərində səsboğucu və 4 ədəd səsboğucu göstəricisinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuş Faiq Buğluyev və qardaşı Tərlan müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
❗Avtomobil qaçıranlar saxlanılıb
Dekabrın 4-də Binəqədi rayonu ərazisindən A.Bayramova məxsus “Toyota Prius” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Ramazan Bağırov saxlanılıb.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə dekabrın 21-də rayonunun Qırxçıraq kəndi ərazisindən F.Şirinova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini Xalid Mirişov avtomobillə birgə saxlanılılıb.
Hər iki faktla bağlı araşdırma aparlır.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq keçirilməsi planlaşdırılan aksiya ilə bağlı mətbuatın suallarını cavablandırıb:
Bir qrup şəxs sosial şəbəkələrdə çağırış edərək dekabrın 23-də Fəvvarələr meydanında aksiya təyin etdiklərini bildirib. Qeyd olunan aksiyanın keçirilməsinə imkan veriləcəkmi?
Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.
Onlar arasında hüquq müdafiəçiləri və ictimai fəallar da var…
Kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır. Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09