DİN-in mətbuat xidmətinin məlumatı

Dekabrın 8-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
– Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.


Yol-nəqliyyat hadisəsi


Dekabrın 9-da saat 1 radələrində Qazax rayonunun Ağköynək kəndi ərazisində Bakı şəhər sakini Rəşad Vəliyev idarə etdiyi “KİA” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini Kamil Qaragözov hadisə yerində ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Narkotik

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ağamir Əzimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 18 qramdan artıq metamfetamin və 520 qram marixuana götürülüb.
Araşdırma aparılır.


Narkotik


Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində Ağstafa rayon sakini Şahin Nağıyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqram 354 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.


Narkotik vasitənin təsiri altında mikroavtobus idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub

Dekabrın 8-də saat 11 radələrində Binəqədi rayonu ərazisində “İsuzu” markalı mikroavtobus yol nişanının tələbini pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Abşeron rayon sakini Kənan Həzrətquliyevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.4-cü və 327.1-ci maddələri ilə protokol tərtib olunaraq Binəqədi rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə K.Həzərətquliyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.


Saxta pul

Paytaxtın Nizami rayonu ərazisində polis əməkdaşlarının əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məftun Musayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, həmçinin 5 ədəd 100 manatlıq və 4 ədəd 20 manatlıq saxta əskinaslar aşkar olunaraq götürülüb.
24-cü Polis Şöbəsində aparılan araşdırmalarla onun dekabrın 6-da mağazaların birində satıcıya 1 ədəd 100 manatlıq saxta əskinas verməsi də müəyyən olunub.
Araşdırma aparılır.

Mətbuatın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir