DİN-in mətbuat xidmətinin məlumatı

Yol-nəqliyyat hadisəsi

Noyabrın 19-da saat 7 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində yolu keçən əcnəbi vətəndaş H.Naimi müəyyən edilməyən avtomobillə vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsinin “Toyota” markalı avtomobillə törədilməsi müəyyən olunub və sürücü, Bakı şəhər sakini Elcan Vəliyev avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.


❗️Oğurluq

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə Ş.Mirzəyev küçəsində yerləşən avto-yuma məntəqəsində “Opel” markalı bir avtomobildən 1210 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Asəf Şirinov saxlanılıb.

Araşdırma aparılır.


❗️Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı – Hesabat

Daxili İşlər Nazirliyi tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılır.

Cari ildə respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 10.835, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 501 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.

Tətbiq edilmiş cərimələr 383.300 manat təşkil edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.


❗️Oğurluq

Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan 27 ədəd mobil telefon və digər qiymətli telefon aksessuarlar oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Rəşid Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir