DİN-in mətbuat xidmətinin məlumatı

  • Oktyabrın 26-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

  • Oktyabrın 26-da saat 3 radələrində Qobustan rayonunun Cəngi kəndi ərazisində Abşeron rayon sakini X.Məmmədov idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Amil Mayılov hadisə yerində ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Qusar rayon sakini Raci Cabbarovdan 1 kiloqramdan artıq heroin, Bakı şəhər sakini Emin Kərimovdan isə 590 qramdan artıq heroin aşkar olunaraq götürülüb.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 25-də saat 18 radələrində Bakı-Qazax yolunda “Hyundai” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Kənan Məmmədzadənin və sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Murğuzovun narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan avtomobilə baxış keçirilib və oradan marixuana aşkar olunaraq götürülüb.
K.Məmmədzadə və A.Murğuzov saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir