DİN-in mətbuat xidmətinin məlumatı

Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə M.Müşfiq küçəsində yerləşən su şirkətinin ofisindən 8450 manat dəyərində 5 ədəd su süzgəcinin oğurlanması barədə müraciət daxil olub.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elmar Babayev, Anar Kuliyev və Göyçay rayon sakini Hilal Salmanov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.


Balakən Rayon Polis Şöbəsi və Şəki Penitensiar Müəssisəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Penitensiar Müəssisədə saxlanılan Balakən rayonunun Qullar kənd sakini İbrahim Muğumovun 2011-ci ildə tapıb yardımçı təsərrüfatında gizlətdiyi, torpağa basdırılmış və nömrəsi silinmiş “AKS-74” markalı avtomat silah aşkar olunaraq götürülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir