DİN-in mətbuat xidmətinin məlumatı

  • Oktyabrın 6-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
    Oktyabrın 6-da saat 21 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Bakı şəhər sakini İ.Həsənov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Anar Baxşəliyevi vurub. Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 31-də Bakı şəhər sakini E.İmamquliyevin bank hesabından 725 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın oktyabrın 6-da günorta saatlarında Binəqədi qəsəbəsindəki yaşadığı evin həyətində naməlum şəxsin olmasını, daha sonra evə daxil olaraq bıçaqla onun üzərinə gəlməsini və kömək çağırmaq üçün çölə qaçdıqda həmin şəxsin evdə olan 400 manat pulu və mobil telefonu talayıb aparmasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Röya Həsənova müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 5-də 6-cı mikrorayon ərazisində 5 yaşlı qızın qızıl sırğasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Mətanət Səlimzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 20-də Bakı şəhər sakini E.Əzizadənin 1000 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Abşeron Rayon Polis İdarəsinə oktyabrın 5-də Xırdalan şəhəri ərazisindən Bakı şəhər sakini A.Böyükkişiyevə məxsus “Daewoo Gentra” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əzimov saxlanılıb. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir