DİN-in mətbuat xidmətinin məlumatı

- Sentyabrın 12-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
- Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
DİN-in Baş Cinayət Axtarışı, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı idarələri və Qaradağ RPİ-nin 11-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qobustan qəsəbəsindəki 4 evdən ümumilikdə 8.000 manat pul, 15.500 manat dəyərində qızıl-zinət əşyaları və kompyuter oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fərhad Rzayev, Firdovsi Zahidov və Elməddin Qarayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Sentyabrın 11-də saat 12 radələrində Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsi ərazisində manevr qaydalarını pozan “Chevrolet” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücü – Bakı şəhər sakini Ramin Qədimovun narkotik vasitənin təsir altında olması müəyyən edilib. O və sərnişinləri – Xəqani Rəhimov, əvvəllər məhkum olunmuş Səbuhi Məlikov Sumqayıt Şəhər Polis İdarəsinə təhvil veriliblər.
Polis İdarəsində S.Məlikovun çantasına baxış zamanı oradan heroin, metamfetamin, preqabalin, 5 ədəd tramadol həbi, 1 ədəd metadon həbi, elektron tərəzi və 2 ədəd bıçaq aşkar olunaraq götürülüb.