DİN-in mətbuat xidmətinin məlumatı (24.01.2023)

Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Polis əməkdaşlarının yanvarın 23-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 6,2 kiloqramdan çox heroin, 5,7 kiloqramdan artıq marixuana, 1,7 kiloqramdan artıq tiryək, həmçinin 3,2 kiloqrama yaxın metamfetamin, 1012 ədəd metadon və tramadol həbləri olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 23-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.


Yol-nəqliyyat hadisələri

Yanvarın 23-də saat 19 radələrində Tovuz rayonunun Qovlar şəhəri ərazisində Saatlı rayon sakini E.Mejdunov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Z.Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Yanvarın 23-də saat 2 radələrində Kürdəmir şəhəri ərazisində şəhər sakini C.Məhərrəmovun müəyyən edilməyən avtomobillə vurulması barədə polisə məlumat daxil olub.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21099” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü K.Kərimov saxlanılıb. Araşdırma aparılır.


Oğurluq

Yanvarın 15-də Sumqayıt şəhər sakini olan bir qadının bank hesabından 270 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Kimyaçılar qəsəbə sakini Sənan Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


❗“Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərinin icrası diqqət mərkəzindədir

Daxili İşlər Nazirliyi tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır.
Respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılır.
Turanın səsi ” xəbər verir ki , ümumilikdə, 2022-ci il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 14.421, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 816 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.


Ekoloji təhlükəsizlik diqqət mərkəzindədir

Daxili işlər orqanları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.
2022-ci il ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qanunsuz ağac kəsmə faktı üzrə 200, balıq və başqa su heyvanlarını tutmağa görə 112, qanunsuz ovla bağlı isə 2 cinayət işi başlanılıb.
Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 3056 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.
Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə də tədbirlərini davam etdirib. Ötən il ərzində keçirilən birgə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 14.600 fiziki və hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri görülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir