DİN-in mətbuat xidmətinin məlumatı

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə Sabunçu qəsəbəsindəki evlərin birindən 5000 manat dəyərində 530 ədəd lotereya oğurlanması barədə müraciət daxil olub.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Mahir Şəfiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq) ilə axtarışda olan Ülfət Quliyev saxlanılıb. Onun Maştağa qəsəbəsində 3 evdən pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlaması da müəyyən olunub.


Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Stansiya Sumqayıt qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rüstəm Abdullayevin evinə baxış zamanı oradan nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.


Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Hülövlü kənd sakini Sərxan Məmmədovun idarə etdiyi “VAZ-2174” markalı avtomobilə baxış zamanı oradan xaricdə istehsal edilmiş tapança aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir