DİN-in Mətbuat Xidmətindən verilən məlumatlar (son 4 gün)

İyulun 5-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

*

Axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

*

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

*
İyulun 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

İyulun 5-də polis əməkdaşları 1 tapança, 1 tüfəng və 51 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

*

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 5-də ümumi çəkisi 9,5 kiloqramdan artıq narkotik vasitə, həmçinin 200 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

*


Dələduzluq

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Gəncə dəmir yolu stansiyası ərazisində bir nəfərin 1500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Mirzəyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*


Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 1-də “Baksol” yaşayış sahəsində bir nəfərin torpaq sahəsindən 1900 manat dəyərində su çəni və borular oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elmin Qafarov saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

*


Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 5-də S.Bəhlulzadə küçəsindən moped oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*


❗İki nəfər Sumqayıt şəhər sakini bir nəfərin onları aldadaraq hesabına 1000 və 900 manat pul ödətdirməsi barədə polisə müraciət edib.

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən Ş.Zülfüqarov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 2-də Novxanı bağlar sahəsində bir evdən 47600 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*

Oğurluqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhərində evlərin birindən 1500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ş.Bəşirov, bir marketdən 2500 manat pul oğurlamaqda şübhəli bilinən S.Ağayev, Masazır qəsəbəsində bir evdən 750 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən M.Fazilli, digər evdən 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən O.Bağırov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

*

❗İyunun 28-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tunbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyə Respublikasında saxlanıb. O, istintaqa təhvil verilib.

Araşdırma aparılır.

*

İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən “Turanın səsi ” nə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

*

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə⤵️

İyulun 6-da və 7-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

*

Axtarışda olduğuna görə ümumilikdə 44, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

*

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.

*
İyulun 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

İyulun 6-da və 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd tüfəng təhvil götürüblər.

*


Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.

İyulun 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 2 tüfəng, 3 patron darağı və 32 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

*


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 6-da və 7-də ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə, həmçin 142 ədəd metadon həbi və 8 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

*


Bank kartından oğurluq

İyulun 4-də Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini bank kartından 1430 manatının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rəfail Zülfüqarov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

*

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 33 yaşlı Vüqar Əliyev rayon ərazisində şübhəli şəxs qismində saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin, marixuana və güclü təsiredici maddə olan 42 ədəd preqabalin həbi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

*

❗Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində “BMW” markalı avtomobilin salonundan 3000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.

*

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 5 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*

❗Kartdan pul çıxarmaq üçün ondan kömək istəyənlərin maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb

Ağsu şəhərində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 1000 manatı ələ keçirib. Bu barədə rayon sakini polisə müraciət edərək bildirib ki, yetkinlik yaşına çatmayan nəvəsi bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda olan 1500 manat pulun 500 manatını yeniyetməyə verərək hesabında əlavə pulun olmadığını bildirib, qalan 1000 manatı isə özü götürürərək ərazidən uzaqlaşıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 1982-ci il təvəllüdlü Tapdıq Əzizov saxlanılıb. Araşdırmalarla onun eyni üsulla daha bir şəxsin də kartından pul oğurladığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.

*

❗Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Şirvan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Babayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı 1 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

*


DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə⤵️

İyulun 8-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

*

Axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

*

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

*


İyulun 8-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*


❗İyulun 8-də Novxanı bağlar sahəsində yerləşən istirahət mərkəzində bir nəfərin 3900 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən bir qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*

Naxçıvanda polis işə düzəltmək adı ilə dələduzluq edən şəxsi saxlayıb
Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin külli miqdarda pul vəsaitini mənimsəyən Naxçıvan şəhər sakini Bəxtiyar Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.


B.Quliyevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə “102” Zəng Mərkəzinə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin ( +036 545-08-03, 545-28-96) telefon nömrələrinə məlumat vermələri xahiş olunur.

*
Bank kartından oğurluq

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 2-də bir nəfərin bank kartından 103 manatını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*


Oğurluq

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 28-də Xırdalan şəhəri ərazisində yerləşən anbarların birindən 10.000 manat dəyərində təmir-tikinti avadanlıqları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Samir Orucov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*


Dələduzluq

Xırdalan şəhər sakini olan bir qadın onu aldadan şəxsin hesabına 1051 manat pul ödətdirməsi barədə polisə müraciət edib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əməllərə görə məhkum olunmuşlar Elçin Əliyev və Fəyyaz Zeynalov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*

Polis əməkdaşlarının iyulun 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

*

DİN-in Mətbuat Xidmətindən bildirilib:

Paytaxtda 9 saylı poliklinikada yanğın törədən 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

*

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp


ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir