DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

  • Oktyabrın 15-də və 16-da ölkə ərazisində qeydə alınan 105, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.

  • Oktyabrın 15-də saat 10 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini A.Tağızadənin idarə etdiyi “KİA” və Yevlax rayon sakini H.Həmidlinin idarə etdiyi “VAZ-21014” markalı avtomobillər toqquşduqdan sonra “KİA” markalı avtomobil yolun kənarında gedən şəhər sakinləri Şamaxı Məmmədovanı və Xədicə Sultanovanı vurub. Nəticədə piyadalardan biri hadisə yerində, digəri isə xəstəxanada ölüblər.
    Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Oktyabrın 16-da saat 4 radələrində Xırdalan şəhəri ərazisində Saray qəsəbə sakini V.Cavadov idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən həmyerlisi Şahbaz Əmirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Oktyabrın 16-da saat 13 radələrində Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində kənd sakinləri B.Seyidovun idarə etdiyi “Mercedes” və A.Kərimovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə B.Seyidovun sərnişini olan 3 yaşlı qızı hadisə yerində ölüb.
Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oktyabrın 16-da saat 18 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qəsəbə sakini C.Qasımovun idarə etdiyi “KamAZ” və həmyerlisi Ədalət Nurməmmədovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Nurməmmədov hadisə yerində ölüb, sərnişini olan həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oktyabrın 16-da saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Sürəyya Əfəndiyeva müəyyən edilməyən avtomobillə vurulub, arxadan gələn Bakı şəhər sakini H.Fətullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində ölüb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Oktyabrın 17-də saat 1 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Mirizadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən şəhər sakini Elnur Musayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.


Nizami RPİ-nin 23-cü Polis Bölməsinə Babək prospektində yerləşən avtosalonların birində “UAZ” markalı 11 yeni avtomobildən ümumilikdə 1595 manat dəyərində akkumulyatorlarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Emin Məmmədov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.


Abşeron Rayon Polis İdarəsinə Fatmayı qəsəbəsi ərazisində qəsəbə sakini E.Hüseynovun xuliqanlıq zəminində silahla hədələnməsi barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Laçın rayon sakini Əlövsət Rüstəmov müəyyən olunaraq saxlanılıb. Ondan qeydiyyatda olan “Escort” markalı vinçester silahı və 5 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.


Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Əliyevanın çantasından 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Nəzərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir