DİN: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Avqustun 19-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
“turaninsesi.az “-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə , axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu qismində 92, itkin düşmüş kimi axtarışı aparılan 10 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 23,6 kiloqram olan narkotik vasitə aşkarlanaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər də saxlanılıb.
Arzu Paşaqızı