DİN: 3 nəfər həbs edilib
Qaradağ və Suraxanı rayonlarında narkotik əleyhinə əməliyyatlar keçirilib.
“turaninsesi.az “-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə , Ceyhun Heydərov, Məhərrəm İbrahimov və Elvin Əsgərov saxlanılıblar.
Onlardan ümumilikdə 46 kiloqram narkotik vasitə aşkarlanıb.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Arzu Paşaqızı