Bu gün həbs edilən vəzifəli şəxslərin adları məlum oldu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həbs olunmuş vəzifəli şəxslərinin adları məlum olub.

turaninsesi.az ” xəbər verir ki, əməliyyatı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi keçirib.

Saxlanılanlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavinləri – Niyam Mədətsoylu, Şükür Əmrəliyev, Qaradağ rayon şöbəsindən isə Etibar Əliyev və Şamil Alıyevdir.

Sözügedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və başqa maddələrilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Arzu Paşaqızı