Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb


Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Turanın səsi ” in xəbərinə görə, hadisə mayın 20-də Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Qasımov Rasim Əfqan oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən piyadalar – 2002-ci il təvəllüdlü Bayramov Naməd Ceyhun oğlu və 2001-ci il təvəllüdlü Əvəz Hüseynlini vurub. Nəticədə Ə.Hüseynli az ağır bədən xəsarəti alıb, N.Bayramov isə iki həftə sonra müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir