Ağcabədidə 2 nəfər qətlə yetirilib, şübhəli saxlanılıb – YENİLƏNİB

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun öldürülmələri bağlı cinayət işi başlanılıb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq və Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.

turaninsesi.az” – ın əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxslər Arazbar kənd sakini tərəfindən bıçaqlanıb.

Nəticədə 1996-cı il təvəllüdlü Mamedov Şaiq Telman oğlu, 1989-cu il təvəllüdlü Mamedov Həsən Teymurxan oğlu aldıqları xəsarətlərdən həyatlarını itiriblər.

Hadisənin hansı səbəbdən baş verməsi hələ ki bilinmir.

turaninsesi.az“-ın məlumatına görə, əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Arzu Paşaqızı