Ağcabədi sakinində silah-sursat aşkarlanıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən avtomat aşkar edilib.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli rayon sakini Hüseyn Əhmədov saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri də aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar aparılır.

⤵️

⤵️

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir