Daxili işlər orqanlarının əməkdaşları tərəfindən 20-21 avqust tarixində aşkara çıxardıqları cinayətlər
20 və 21 avqust tarixlərində ölkə ərazisində qeydə alınan 112, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 59 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.