Balakəndə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxsdən tapança götürülüb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və üzərində odlu silah gəzdirən şəxslərə qarşı əməliyyat keçirilib.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qullar kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Asluddin Motuxovun üzərində odlu silah gəzdirməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olub. Keçirilmiş tədbir nəticəsində o, şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı keçmiş məhkumdan “PM” markalı tapança, həmin silaha məxsus sandıqça və patron, eləcə də narkotik vasitə olan marixuana aşkarlanıb. Asluddin Motuxov ifadəsində tapançanı təxminən 2 ay əvvəl balıq ovuna gedərkən çayın kənarından tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Samiddin Quliyev, Fərid Layıcov və Habil Butdayev tutulub.Üzərlərinə keçirilən baxış zamanı onlardan heroin və marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09