Xarici turistlər 9 ayda Azərbaycanda 1 milyard dollar xərcləyib

FILE PHOTO: A man counts U.S. dollars in Tehran, Iran July 7, 2019. Nazanin Tabatabaee/ WANA (West Asia News Agency) via REUTERS.


2022
-ci ilin yanvar-sentyabr aylarında xarici vətəndaşlar bank kartları vasitəsi ilə Azərbaycanda 1,7 milyard manatlıq əməliyyat aparıblar.

Turanın səsi” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın oktyabr sayında bildirilir.

Hesabata görə, bu da illik müqayisədə 863,5 milyon manat və ya 50,79 % çoxdur.

Bu ilin sentyabr ayında isə əcnəbilərin bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 155,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 milyon manat yaxud 25,1 % çoxdur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir