Rusiya Azərbaycanla qaz tədarükünün artırılması barədə razılığa gəlib

Rusiya Azərbaycanla bu ölkənin daxili istehlakı üçün qaz tədarükünün artırılması ilə bağlı razılığa gəlib.

Turanın səsi “ TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Gələcəkdə onlar (Azərbaycan-red) qaz hasilatını artırdıqda biz svop əməliyyatları müzakirə edə biləcəyik”, – Baş nazirin müavini bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Qazaxıstan və Özbəkistan nümayəndələri ilə də bu ölkələrin daxili bazarlarına qaz tədarükünün artırılması ilə bağlı danışıqlar aparır.

Novak qeyd edib ki, Rusiya uzunmüddətli perspektivdə Əfqanıstan və Pakistana təbii qaz ixrac edə bilər.

“Əgər daha böyük perspektivdən danışsaq, o zaman bu, Əfqanıstana, Pakistana qaz ixracıdır: ya Mərkəzi Asiyada infrastruktur layihələrindən istifadə etməklə, ya da İran ərazisindən svop yolu ilə”, – Baş nazirin müavini vurğulayıb.

Bundan əvvəl Novak bildirib ki, Rusiya Federasiyası avropalı istehlakçılarla bu ölkədə qovşaq yaradıldıqdan sonra Türkiyə vasitəsilə qaz nəqlinin artırılmasını müzakirə edir və həmçinin Yamal-Avropa qaz kəməri ilə regiona qaz nəqlini bərpa etməyə hazırdır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir