Neft ucuzlaşıb
Dünya bazarında tələbin azalacağı ilə bağlı narahatlıqlar neftin qiymətinin cüzi düşməsinə səbəb olub.
“Turanın səsi” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,24 % ucuzlaşaraq 1 bareli 83,79 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,19 % düşüb və 1 bareli 78,81 ABŞ dolları təşkil edib.
Neft treyderləri noyabrın əvvəlindən yeni koronavirus ocaqlarının meydana gəldiyi Çində epidemioloji vəziyyəti diqqətlə izləyirlər. Çin hökuməti yanvar ayından etibarən ölkəyə giriş tələblərini yüngülləşdirəcəyini açıqlasa da, bir sıra ölkələr, əksinə, Çindən gələn şəxslər üçün tələbləri sərtləşdiriməyə başlayıb.
Digər tərəfdən, Amerika Neft İnstitutunun (API) məlumatına əsasən dekabrın 23-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 1,3 milyon barel azalıb. ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər ehtiyatların 1,5 milyon barel azalaraq 416,7 milyon barel təşkil edəcəyini güman edirlər.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09