Neft cüzi ucuzlaşıb
Dünya bazarında neft cüzi ucuzlaşıb.
“turanın səsi ” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,4 % ucuzlaşaraq 1 bareli 87,28 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,36 % düşüb və 1 bareli 81,35 ABŞ dolları təşkil edib.
Ucuzlaşmaya Asiyada Ay təqviminə görə Yeni il bayramının qeyd olunması fonunda ticarət həcminin azalması səbəb olub. Hazırda bayramla əlaqədar olaraq, Çin, Honq-Konq və Cənubi Koreyada birjalar bağlıdır. Çin isə neftin ən böyük istehlakçılarından və idxalçılarından biridir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09