Nazirlik: “Bir ev telefonu abunəçisinə çəkilən xərc 3,96 manatdır”

Azərbaycanda xidmət operatorlarının məlumatlarına əsasən, sabit şəbəkə telefonlarının hər bir abunəçisinə çəkilən xərc əlavə dəyər vergisi daxil olmaqla 3,96 manatdır.

Turanın səsi”  xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tariflərin dəyişdirilməsi ilə bağlı açıqlamasında bildirilir.

“İndiyə qədər mövcud olan aylıq abunə haqqı 2 dekabr 2013-cü il tarixində qüvvəyə minib və əhali üçün 2,5 manat təşkil edib. Dünya təcrübəsinə nəzər saldıqda əhali üçün sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının Ukraynada 9,5 manat, Rusiyada 12,7 manat, Türkiyədə 15,3 manat olduğunu görmək olar. Həmçinin Azərbaycan telekommunikasiya bazarında, ümumilikdə 10 milyondan çox müştəri bazasına sahib olan mobil operatorlar üzrə aylıq orta abunə haqqı 10 manatdan 18 manata qədər dəyişir, 1 dəqiqə şəbəkədaxili danışıq üçün tarif isə 2 qəpikdən 9 qəpiyə qədərdir.

Dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə aşağı düşür ki, bu da öz növbəsində rabitə sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinə mənfi təsir edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir