Azərbaycanda vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur

Azərbaycanda vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur, hazırda bu məsələ gündəmdə deyil.

Turanın səsi” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışı – biletim.az portalının təqdimatında bildirib.

O qeyd edib ki, yalnız vahid standartlar əsasında taksi xidmətinin olması planlaşdırılır: “Ümumiyyətlə, vahid taksi xidməti ilə bağlı indiyədək xidmət olmayıb. Ancaq vahid tələblər əsasında taksi şirkətləri fəaliyyət göstərməli, tələblərə əməl etməlidirlər”.

R. Hümmətov bildirib ki, bu gün taksi şirkətlərindən şikayətlərə rast gəlinir: “Lakin bununla bağlı taksi şirkətləri heç bir tədbir görmürlər”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir