Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu “Real Madrid”ə qayıtmaq istəyir.

Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalist Tomas Qonzales məlumat yayıb.

Mənbənin sözlərinə görə, Madrid klubuna qayıtmaq üçün 37 yaşlı hücumçu minimum əməkhaqqına belə razıdır.

Xatırladaq ki, daha öncə forvardın “Real Madrid”in bazasında məşq etdiyi bildirilmişdi.

Qeyd edək ki, Kriştianu Ronaldu 2009 – 2018-ci illərdə “Real Madrid”inin şərəfini qoruyub. Təcrübəli futbolçunun son klubu isə İngiltərə “Mançester Yunayted”i olub. O, Qətərdə keçirilən dünya çempionatının startından öncə “qırmızı şeytanlar”la yollarını ayırıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir