Ronaldinyonun oğlu “Barselona”ya keçir

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyra İspaniya “Barselona”sına keçir.

Turanın səsi ” “Sport.es” saytına istinadən xəbər verir ki, ölkəsinin “Kruzeyro” klubu ilə müqaviləsini pozan braziliyalı hücumçu hazırda Kataloniya təmsilçisinin düşərgəsindədir.

Tibbi müayinədən uğurla keçəcəyi halda 18 yaşlı forvardla müqavilə imzalanacaq. İddiaya görə, “Barselona”nın prezidenti Joan Laporta Mendeşin transferi şəxsən maraqlanır, tez-tez oyunçunun atası ilə əlaqə saxlayır.

Qeyd edək ki, Ronaldinyo 2003 – 2008-ci illərdə “Barselona”da çıxış edib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir