“Qarabağ” “Neftçi” oyununda altı qol vuruldu

Qarabağ” Misli Premyer Liqasında “Neftçi”ni məğlub edib.

turaninsesi.az” xəbər verir ki, XXIX turun oyunu 5:1 hesabı ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 59-a çatdıran “Qarabağ” ikinci pillədə qərarlaşıb. “Ağ-qaralar” 44 xalla beşinci sıradadır.

Günün ilk matçında “Şamaxı” “Kəpəz”ə qalib gəlib – 2:0.

Ötən gün “Sumqayıt” “İmişli”ni iki cavabsız qolla üstələyib. “Qəbələ” – “Araz-Naxçıvan” oyununda qalib müəyyənləşməyib – 1:1.