Hacı Əliyev 1/4 finalda məğlub oldu

0

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

 turaninsesi.az” xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevlə mübarizə aparıb.

H.Əliyev rəqibinə 3:10 hesabı ilə məğlub olub. Buna baxmayaraq Hacı medal şansını saxlayıb. Belə ki, Muszukayev finala vəsiqə qazanacağı təqdirdə idmançımız bürünc uğrunda yarışmaq şansı əldə edəcək. 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir