Fransada sürücü avtomobilini mərakeşli azarkeşlərin üzərinə sürüb, 1 nəfər ölüb

Fransanın Monpelye şəhərində azarkeşlər arasında toqquşmalar zamanı Mərakeşdən olan 14 yaşlı miqrant ölüb.

Turanın səsi”  xəbər verir ki, bu barədə BFMTV teleradio şirkəti məlumat yayıb.

Nəşrin bildirib ki, sürücü küçələrdə baş verən iğtişaşlar səbəbindən guya təlaşa düşərək avtomobilini Mərakeş yığmasının azarkeşlərindən ibarət izdihamının üzərinə sürüb.

Qəzada ən çox zərər çəkən 14 yaşlı uşaq olub. O, xəstəxanaya çatdırılsa da, həkimlər yeniyetmənin həyatını xilas edə bilməyiblər. O, tibb ocağında dünyasını dəyişib.

Qəzaya səbəb olan sürücü axtarışa verilib. Müstəntiqlər onun avtomobilini artıq tapıblar.

İndi polis və şəhər prokurorluğu araşdırmaları davam etdirir. Qəzanın hansı şəraitdə baş verməsi araşdırılır.

Xatırladaq ki, dünya çempionatının yarımfinal oyunundan sonra Fransa və Mərakeş azarkeşləri arasında toqquşma başlayıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir