AVRO-2024: İspaniya finalda

AVRO-2024-ün yarımfinalında İspaniya və Fransa yığmaları qarşılaşıb.
“Turanın səsi ” xəbər verir ki, oyunda bütün qollar ilk hissədə vurulub.
Fransızlar oyunun əvvəlində hesabı açsalar da, üstünlüklərini qoruya bilməyiblər. İspaniya millisi 4 dəqiqəyə iki qol vuraraq fasiləyə üstün yollanıb.
Fasilədən sonra fransızların hesabı bərabərləşdirmək cəhdləri uğursuz alınıb.
Qeyd edək ki, İspaniya yığması finalda bu gün keçiriləcək digər yarımfinalın Niderland – İngiltərə görüşünün qalibi ilə qarşılaşacaq.