Umayra Tağıyeva: “Ölkənin bəzi ərazilərində şimal-şərq küləyi güclənib”

Son günlər şimal-şərqdən cənuba doğru hərəkət edən soyuq Sibir antisiklonu Azərbaycanda hava şəraitinin dəyişməsinə səbəb olub, ölkənin bəzi ərazilərində şimal-şərq küləyi güclənib.

turanın səsi ” xəbər verir ki , bunu mediaya  açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

“Göyçayda küləyin sürəti 21, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20, Şəki və Daşkəsəndə isə 18 m/san-dir. Bakıda və Abşeron yarımadasında küləyin sürəti 17 m/san, dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb”, – U.Tağıyeva deyib.

O qeyd edib ki, hazırda Quba, Qusar, Altıağac, Gədəbəy və Daşkəsən rayonlarında qarın yağması müşahidə olunur.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir