Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var

Şuşa-Laçın avtomobil yolunda aparılan qazıntı işləri zamanı iki nəfər həyatını itirib.

turaninsesi.az ” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun tikintisi ilə bağlı işlər aparılan ərazidə baş verib.

Belə ki, yolun inşasında çalışan şirkətin əməkdaşları – topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə bədbəxt hadisə nəticəsində həyatlarını itiriblər. 

Hadisə ilə bağlı Şuşa Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Arzu Paşaqızı